"Qarabağ"ın Çempionlar Liqasında növbəti matçının vaxtı və məkanı açıqlanıb

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki oyununun tarixi və məkanı müəyyənləşib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 19 Avqust 2020, 15:20

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki oyununun tarixi və məkanı müəyyənləşib.

 

İnterAz xəbər verir ki, bu barədə UEFA rəsmi saytı vasitəsilə məlumat yayıb.

 

Avqustun 26-da baş tutacaq görüş I təsnifat mərhələsində olduğu kimi, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. 20:00-da start götürəcək matçda Azərbaycan çempionunun rəqibi bu gün keçiriləcək “Şerif” (Moldova) – “Fola” (Lüksemburq) cütünün qalibi olacaq.

 

Qeyd edək ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov II təsnifat mərhələsindəki görüşün “Azersun Arena”da baş tutması üçün UEFA-ya müraciət etdiklərini açıqlamışdı.