Çempionlar Liqası: Həftənin qoluna namizədlər bəlli olub

UEFA Çempionlar Liqasında yarımfinal matçlarından sonra həftənin qoluna namizədləri açıqlayıb. ..

Bakı, Gülnarә Quliyeva, İnteraz - 20 Avqust 2020, 13:57

UEFA Çempionlar Liqasında yarımfinal matçlarından sonra həftənin qoluna namizədləri açıqlayıb. 

 

İnterAz-ın məlumatına görə, ən gözəl qolun sahibi adı uğrunda 4 futbolçu mübarizə aparacaq.

 

Bunlar Fransa PSJ-sindən Anxel Di Maria ilə Markinyos, Almaniya "Bavariya"sından isə Serj Qnabri və Robert Levandovskidir. Qalib azarkeşlər arasında səsvermə yolu ilə müəyyənləşəcək.  

 

"Bavariya" yarımfinalda Fransa "Lion"unu 3:0, PSJ isə Almaniya "Leyptsiq"ini eyni hesabla məğub edib. 

 

Qeyd edək ki, avqustun 23-də keçiriləcək final matçında PSJ və "Bavariya" üz-üzə gələcək.