"Barselona"ya transfer olunan oyunçu koronavirusa yoluxub

İspaniyanın "Barselona" futbol klubunun yarımmüdafiəçisi Miralem Pyaniç koronavirusa yoluxub...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 24 Avqust 2020, 10:12

İspaniyanın "Barselona" futbol klubunun yarımmüdafiəçisi Miralem Pyaniç koronavirusa yoluxub.

 

İnterAz-ın məlumatına görə, bu barədə "Sport" qəzeti bildirib.

 

Məlumata əsasən, 30 yaşlı oyunçu evdə karantindədir, oyunçunun vəziyyəti normal olaraq qiymətləndirilir

 

Qeyd edək ki, M.Pyaniç 2023/24 il mövsümünün sonuna qədər müqavilə bağlayaraq iyunun sonunda "Yuventus"dan "Barselonaya" transfer olunub.