"Qızıl top"un bərpası üçün petisiya başlayıb

"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının bu il verilməsi üçün petisiya başlayıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 25 Avqust 2020, 09:33

"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının bu il verilməsi üçün petisiya başlayıb. 

 

İnterAz xəbər verir ki, petisiyanı "Bleacher Report"un müxbirləri yaradıb və hazırda 140 mindən çox insan imzalayıb. 

 

Qeyd edək ki, "France Football" nəşri  koronavirus pandemiyasına görə yaranmış problem ucbatından mükafatın bu il heç bir oyunçuya verilməyəcəyini açıqlayıb. "Barselona"nın kapitanı Lionel Messi 2019-cu ildə 6-cı dəfə "Qızıl top" mükafatına layiq görülüb. 1956-cı ildən təşkil olunan mərasim ilk dəfə baş tutmayacaq.