Ronaldinyo sərbəst buraxılıb

...Braziliya yığmasının sabiq ulduzu Ronaldinyo və qardaşı Roberto de Assis Paraqvay məhkəməsinin qərarı ilə sərbəst buraxılıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 25 Avqust 2020, 10:48

Braziliya yığmasının sabiq ulduzu Ronaldinyo və qardaşı Roberto de Assis Paraqvay məhkəməsinin qərarı ilə sərbəst buraxılıb.

 

İnterAz xəbər verir ki, onlarla bağlı verilən həbs qətimkan tədbiri ləğv edilib. 

 

Lakin bunun üçün “sambaçı” 90 min, qardaşı isə 110 min dollar cərimə ödəməlidir. 

 

Qeyd edək ki, Ronaldinyo və qardaşı mart ayında Paraqvaya saxta pasportla daxil olmağa çalışdığı üçün həbs edilmişdi.