"Neftçi" Avropa Liqasında növbəti mərhələyə yüksəlib

"Neftçi" UEFA Avropa Liqasında ilk oyununu keçirib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 28 Avqust 2020, 09:14

"Neftçi" UEFA Avropa Liqasında ilk oyununu keçirib. 

 

İnterAz-ın məlumatına görə, Füzuli Məmmədovun baş məşqçilik etdiyi komanda I təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi "Şkupi" ilə üz-üzə gəlib. 

 

"Bakcell Arena"da təşkil olunmuş qarşılaşma "Neftçi"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşün ilk hissəsində qapılara qol vurulmayıb. 66-cı dəqiqədə "Neftçi"nin belçikalı legioneri Sabir Burqin hesabı açıb. 70-ci dəqiqədə qonaqların heyətində Omar Qudiabi ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 88-ci dəqiqədə Anton Krivotsyuk ikinci qolu "Şkupi"nin qapısından keçirib. 90+1 -ci dəqiqədə isə Dembo Darbo hesab arasındakı fərqi azaldıb. 

 

Beləliklə, "Neftçi" Avropa Liqasında II təsnifat mərhələsinə yüksəlib. 

 

Qeyd edək ki, Avropa Liqasında II təsnifat mərhələsinin oyunları sentyabrın 17-də olacaq. Bu raundun püşkü avqustun 31-də atılacaq.