Futbolçuları koronavirusa yoluxan klub UEFA-nın qərarına etiraz edəcək

UEFA Avropa Liqasının I təsnifat mərhələsində keçirilməli olan və təxirə salınan “Makkabi” (Hayfa, İsrail) - “Jelezniçar” (Bosniya və Herseqovina) oyunu ilə bağlı qərarını açıqlayıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 29 Avqust 2020, 16:21

UEFA Avropa Liqasının I təsnifat mərhələsində keçirilməli olan və təxirə salınan “Makkabi” (Hayfa, İsrail) - “Jelezniçar” (Bosniya və Herseqovina) oyunu ilə bağlı qərarını açıqlayıb. 

 

İnterAz-ın məlumatına görə, qurum hər iki kluba məktub göndərib və matçın İsraildə gerçəkləşəcəyini bildirib. Qarşılaşma sentyabrın 12-dək baş tutmalı, tərəflər tarixi və qarşılaşmanın saatını razılaşdırmalıdırlar. 

 

Bosniya və Herseqovina təmsilçisi qərara etiraz edəcəyini açıqlayıb. Klub matçın neytral meydanda olmasını istəyir. 

 

Qeyd edək ki, "Jelezniçar"ın 6 futbolçusu koronavirusa yoluxduğu üçün avqustun 27-nə planlaşdırılan oyun təxirə salınıb.