Avropa Liqasında “Neftçi”nin rəqibi “Qalatasaray” olub

"Neftçi" komandasının UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi bəlli olub...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 31 Avqust 2020, 15:33

"Neftçi" komandasının UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi bəlli olub. 

 

İnterAz-ın məlumatına görə, flaqman bu raundda Türkiyənin "Qalatasaray" klubu ilə üz-üzə gələcək. Oyun sentyabrın 17-də Bakıda keçiriləcək. 

 

Qeyd edək ki, Avropa Liqasında II təsnifat mərhələsinin oyunları sentyabrın 17-də olacaq. "Neftçi" I təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi "Şkupi"ni mübarizədən kənarlaşdırıb - 2:1.