“El Klassiko” matçlarının tarixi müəyyənləşib

İspaniya La Liqasında yeni mövsümün El Klasiko matçlarının tarixi müəyyənləşib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 01 Sentyabr 2020, 08:58

İspaniya La Liqasında yeni mövsümün El Klasiko matçlarının tarixi müəyyənləşib.

 

İnterAz La Liqanın saytına istinadla xəbər verir ki, ölkə çempionatında 2020/2021 mövsümündə “Barselona” və “Real Madrid” arasındakı ilk matç VII tura təsadüf edəcək. Görüş oktyabrın 25-də “Nou Kamp” stadionunda olacaq.

 

İkinci El Klasiko isə XXX turda - 2021-ci il aprelin 11-də Madriddəki “Santyaqo Bernabeu” stadionunda oynanılacaq.