Türkiyəli futbol hakimlərində koronavirus aşkarlanıb

...bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 12 Sentyabr 2020, 16:08

Türkiyədə üç futbol hakimi koronavirusa yoluxub. 

 

İnterAz xəbər veriri ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb. 

 

Adı açıqlanmayan ədalət təmsilçilərinin yüksək kateqoriyaya malik olduğu bildirilib. Onlardan biri əsas referi, digər ikisi isə köməkçi hakimdir. Həmin şəxslər karantinə alınıb. 

 

Qeyd edək ki, Türkiyə Super Liqasında yeni mövsümə sentyabrın 11-də start verilib. İlk matçda "Fənərbağça" səfərdə "Rizespor"u 2:1 hesabı ilə məğlub edib.