Neymara 7 oyunluq cəza verilə bilər

Fransanın PSJ klubunun futbolçusu Neymar 7 oyunluq cəza ilə üzləşə bilər...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Sentyabr 2020, 17:30

Fransanın PSJ klubunun futbolçusu Neymar 7 oyunluq cəza ilə üzləşə bilər. 

 

İnterAz "RMC Sport"a istinadən xəbər verir ki, səbəb 28 yaşlı hücumçunun Liqa1-in II turunda evdə "Marsel"lə matçda rəqib oyunçu Alvaro Qonsalesi vurmasıdır. 

 

Braziliyalı forvard 4 - 7 oyunluq cəza ilə üzləşəcək. 

 

Qeyd edək ki, qarşılaşma "Marsel"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Neymardan başqa, 4 oyunçu da qırmızı vərəqə ilə cəzalandırılıb.