"Qalatasaray" klubu Bakıya səfəri öncəsi cərimələnib

Türkiyə Futbol Federasiyasının (TFF) İntizam Komitəsi "Qalatasaray" klubunu 24 min TL (5 450 manat) məbləğində cəzalandırıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 16 Sentyabr 2020, 09:52

Türkiyə Futbol Federasiyasının (TFF) İntizam Komitəsi "Qalatasaray" klubunu 24 min TL (5 450 manat) məbləğində cəzalandırıb. 

 

İnterAz qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna İstanbul təmsilçisinin hazırlıq oyunlarında lisenziyasız futbolçu oynatması səbəb olub. Bu hal iki dəfə baş verib. İlk pozuntudan sonra TFF "sarı-qırmızılar"a xəbərdarlıqla kifayətlənibsə, ikincidə cərimələməyi məqsədəuyğun sayıb. 

 

Qeyd edək ki, "Qalatasaray" Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə üz-üzə gələcək. Sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq. İstanbul klubu Bakıya bu gün gələcək.