“Neftçi”nin uduzması Azərbaycanın UEFA reytinqində geriləməsi ilə nəticələnib

...Avropa Liqasının II təsnifat mərhələsinin oyunları UEFA reytinqində müəyyən dəyişikliklərə səbəb olub

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 18 Sentyabr 2020, 09:42

Avropa Liqasının II təsnifat mərhələsinin oyunları UEFA reytinqində müəyyən dəyişikliklərə səbəb olub.

 

İnterAz-ın məlumatına görə, bu, Azərbaycandan da yan ötməyib.

 

Türkiyə “Qalatasaray”ına 1:3 hesabı ilə uduzan “Neftçi” ölkəmizin aktivinə 0,125 xal gətirib. Bununla da 5 mövsümün nəticələrinə əsasən hesablanan reytinq xalımız 16,250-yə çatıb.

 

Bir gün öncə 25-ci pillədən sıxışdırdığımız Rumıniya isə mövqeyini qaytarıb. “Botoşani” və “Styaua” üst-üstə 0,375 xal yığıb. Nəticədə bu ölkənin reytinqi 16,325-ə yüksəlib. Bu isə Rumıniyanın yenidən 25-ci sıraya qayıtması, Azərbaycanın isə 26-cı yerə dönməsinə səbəb olub.