“Milan” İbrahimoviçin dublu ilə qələbə qazanıb

“Milan” futbol üzrə İtaliya çempionatının ilk turunda öz meydanında “Bolonya”nı məğlub edib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 22 Sentyabr 2020, 09:12

“Milan” futbol üzrə İtaliya çempionatının ilk turunda öz meydanında “Bolonya”nı məğlub edib.

 

İnterAz bildirir ki, görüş 2:0 hesabı ilə başa çatıb.

 

Zlatan İbrahimoviç oyunun 35-ci və 50-ci dəqiqələrində fərqlənməyi bacarıb. 88-ci dəqiqədə “Bolonya”nın müdafiəçisi Mitçell Deyks ikinci sarı vərəqə alıb və meydanı tərk edib.

 

İkinci turda “Milan” səfərdə “Krotone” ilə üz-üzə gələcək. Bir gün sonra “Bolonya” “Parma”nı qəbul edəcək.