İtaliya A seriyasının oyunu koronavirusa görə təxirə salına bilər

...İtaliya A seriyasının II turunun “Torino” – “Atalanta” oyununun keçirilməsi təhlükə altına düşüb

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 22 Sentyabr 2020, 11:31

İtaliya A seriyasının II turunun “Torino” – “Atalanta” oyununun keçirilməsi təhlükə altına düşüb.

 

İnterAz-ın məlumatına görə, buna səbəb Turin klubundakı koronavirusa yoluxma hadisəsidir.

 

“Torino”da futbolçu, yoxsa klub əməkdaşının xəstələnməsi açıqlanmır. Əgər təkrar test koronavirusa yoluxmanı təsdiqləsə, “Torino” tam heyətlə karantinə alınacaq.

 

Qeyd edək ki, turinlilərin “Atalanta” ilə oyunu sentyabrın 26-da keçirilməlidir.