İsveçrədə futbolçuları ildırım vurub

...İsveçrədə oyun zamanı meydançaya ildırım düşməsi nəticəsində on dörd gənc xəsarət alaraq xəstəxanalara yerləşdirilib

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 23 Sentyabr 2020, 11:13

İsveçrədə oyun zamanı meydançaya ildırım düşməsi nəticəsində on dörd gənc xəsarət alaraq xəstəxanalara yerləşdirilib.

 

İnterAz RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Sankt-Qallen polisi bildirib.

 

"Hazırda məlum olan informasiyaya görə, ildırım işıq dirəyini vurdu. Elektrik yükü yerə keçdi və meydançaya yayıldı”, - polis bildirib.

 

Xəstəxanalara hadisə nəticəsində iki komandadan xəsarət almış 14 gənc çatdırılıb. Onların 15-16 yaşları var. Gənclərdən biri xəstəxanaya helikopterlə aparılıb.

 

Prokurorluq və polis hadisənin başvermə şəraitinin müəyyənləşdirməyə başlayıb.