Azərbaycan döyüşçüsü Nəriman Abbasov karyerasında 25-ci qələbəsini qazanıb

...26 yaşlı Abbasov birinci raundda üstünlük qazanıb və döyüşün sonunda rəqibini nokdauna göndərməyə yaxın olub

Bakı, Gülnarә Quliyeva, İnteraz - 26 Sentyabr 2020, 08:37

Moskvada keçirilən "Fight Nights 98" yarışında Azərbaycan və "Qəbələ" İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov rusiyalı rəqibi Mixail Qoqitidze üzərində qələbə qazanaraq yüngül çəkidə çempionluq titulunu qoruyub.

 

İnterAz xəbər verir ki, 26 yaşlı Abbasov birinci raundda üstünlük qazanıb və döyüşün sonunda rəqibini nokdauna göndərməyə yaxın olub. Lakin döyüşün taleyi ikinci raundda bəlli olub. Abbasov boğma fəndindən istifadə edərək, rəqibi üzərində ikinci qələbəsini qazanıb. Bununla da o, yüngül çəki dərəcəsində çempion kəmərini qoruyub

 

Beləliklə, Nəriman Abbasov peşəkar karyerasında 25-ci döyüşü udub. Mixail Qoqitidze isə yeddinci dəfə məğlub olub.