UEFA həftənin oyunçusunu açıqlayıb

...bu ada Münhen təmsilçisinin qapıçı Manuel Noyer layiq görülüb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 26 Sentyabr 2020, 13:22

Almaniyanın "Bavariya" və İspaniyanın "Sevilya" komandaları arasında keçirilmiş UEFA Super Kuboku uğrunda matçdan sonra həftənin oyunçusu açıqlanıb. 

 

İnterAz yarışın rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, bu ada Münhen təmsilçisinin qapıçı Manuel Noyer layiq görülüb. 34 yaşlı qolkiper qarşılaşma ərzində 4 dəfə komandasını qoldan xilas edib. 

 

Qeyd edək ki, "Bavariya" rəqibini əlavə vaxtda 2:1 hesabı ilə məğlub edərək UEFA Super Kubokunu qazanıb.