"Barselona"da Lionel Messinin nailiyyəti təkrarlanıb

...Kataloniya təmsilçisinin futbolçusu Ansu Fati bu görüşün ilk 20 dəqiqəsində dubla imza atıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 28 Sentyabr 2020, 10:22

İspaniyanın “Barselona” klubu La Liqanın III turunda “Vilyarreal”ı 4:0 hesabı ilə məğlub olub.

 

İnterAz-ın məlumatına görə, Kataloniya təmsilçisinin futbolçusu Ansu Fati bu görüşün ilk 20 dəqiqəsində dubla imza atıb.

 

O, son 8 ildə bunu bacaran ilk “Barselona”lı olub. Ümumilikdə isə klub tarixində 5-ci dəfə belə erkən dubl qeydə alınıb.

 

Sonuncu belə nailiyyətə Lionel Messi 2012-ci ildə imza atıb. Bu iki oyunçudan başqa, Marti Ventolre 1933-cü, Şandor Koçiş 1961-ci, Lafos Bustilyo 1969-cu ildə ilk 20 dəqiqədə iki dəfə rəqib qapısına yol tapıb.