UEFA avrokubokların mükafat fondunu açıqlanıb

UEFA 2020/2021 mövsümündə avrokubokların mükafat fondunu və gəlirlərin klublar arasında bölüşdürülmə mexanizmini açıqlayıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 08 Oktyabr 2020, 11:53

UEFA 2020/2021 mövsümündə avrokubokların mükafat fondunu və gəlirlərin klublar arasında bölüşdürülmə mexanizmini açıqlayıb.

 

İnterAz qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu mövsüm Çempionlar Liqası və Avropa Liqasının mükafat fondu 1,95 milyard avro təşkil edəcək.

 

Klublara verilən ümumi ödənişlər dörd kateqoriyaya bölünür. Bunun 25%-i (488 milyon avro) ilkin, 30%-i (585 milyon avro) nəticələr üçün sabit, 30%-i (585 milyon avro) komandanın son on ildəki performans reytinqinə görə, 15%-i isə (292 milyon avro) marketinq hovuzunun payına düşən ödənişlərdir.