“El-Klassiko”nun vaxtı müəyyənləşib

Futbol üzrə İspaniya La Liqasında mövsümün ilk El-Klasikosunun vaxtı müəyyənləşib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 13 Oktyabr 2020, 10:55

Futbol üzrə İspaniya La Liqasında mövsümün ilk El-Klasikosunun vaxtı müəyyənləşib.

 

İnterAz-ın məlumatına görə, "Barselona" və "Real Madrid" arasında VII tura təsadüf edəcək qarşılaşma 24 oktyabra təyin olunub. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.

 

Qeyd edək ki, 5 turdan sonra "Real Madrid" 10 xalla 1-ci yerdə gedir. Üstəlik, komandanın ehtiyatda bir matçı var. "Barselona" isə 3 oyundan 7 xalla 6-cıdır.