UEFA prezidenti Dağlıq Qarabağ münaqişəsindən danışıb

UEFA prezidenti Aleksandr Çeferin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlama verib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Oktyabr 2020, 10:43

UEFA prezidenti Aleksandr Çeferin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlama verib.

 

İnterAz-ın "Report"a istinadən məlumatına görə, sloveniyalı funksioner situasiyanı diqqətlə izlədiyini bildirib.

 

"Açığı, detalları bilmirik, çünki siyasi təşkilat deyilik. Tam ümid edirik ki, məsələ sülh yolu ilə həll ediləcək" deyən Çeferin münaqişənin AVRO-2020-nin təşkilinə hansı təsiri göstərəcəyini söyləməkdə çətinlik çəkib: "Nəzəri cəhətdən Avropa çempionatını 12 yox, 11 ölkədə, hətta 1 ölkədə keçirmək mümkündür. Biz hadisələrin inkişafını izləməliyik".

 

Qeyd edək ki, Avropa çempionatının oyunları gələn il 11 iyun - 11 iyulda Avropanın 12 şəhərində, o cümlədən, Bakıda keçirilməlidir.