Arda Turandan Azərbaycana dəstək: Bir millət, iki dövlət

...33 yaşlı yarımmüdafiəçi Azərbaycan bayrağının altında çəkilmiş fotosunu paylaşıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 17 Oktyabr 2020, 16:12

"Qalatasaray"ın ulduz futbolçusu Arda Turan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana dəstək nümayiş etdirib.

 

İnterAz xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi Azərbaycan bayrağının altında çəkilmiş fotosunu paylaşıb.

 

O, fotoya "Bir millət, iki dövlət" rəyini yazıb.

 

Qeyd edək ki, təcrübəli futbolçu Türkiyədə "Qalatasaray"la yanaşı, "Başakşehir"in də formasını geyinib. O, həmçinin İspaniyanın "Atletiko" və "Barselona" komandalarında çıxış edib.