Pol Poqba Emmanuel Makronun dini ayrı-seçkiliyə yol verməsi səbəbindən Fransa millisindən ayrılıb

“Mançester Yunayted”in futbolçusu Pol Poqba Fransa milli komandasındakı karyerasını başa vurub...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 26 Oktyabr 2020, 10:41

“Mançester Yunayted”in futbolçusu Pol Poqba Fransa milli komandasındakı karyerasını başa vurub.

 

İnterAz Apasport.az-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın “Sun” nəşri məlumat yayıb.

 

Bildirilib ki, ulduz futbolçunun bu qərarı almasına səbəb Fransa prezidenti Emmanuel Makronun müsəlmanlarla bağlı dini ayrı-seçkiliyə yol verməsi olub. Ölkə başçısının İslam dini ilə bağlı açıqlamaları Fransadakı müsəlmanların da narazılığına yol açıb.

 

Qeyd edək ki, 27 yaşlı orta sahə oyunçusu 2013-2020-ci illərdə Fransa yığmasının heyətində 71 oyun keçirib, 10 qola imza atıb.