Ronaldo koronavirusdan sağalıb

Portuqaliya millisinin və İtaliya “Yuventus”unun futbolçusu Kriştiano Ronaldo koronovirusdan sağalıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 31 Oktyabr 2020, 10:51

Portuqaliya millisinin və İtaliya “Yuventus”unun futbolçusu Kriştiano Ronaldo koronovirusdan sağalıb.

 

İnterAz-ın məlumatına görə, bir müddət infeksiyadan əziyyət çəkən hücumçunun testi mənfi nəticələnib.

 

Üzücü karantini başa vuran Ronaldo artıq “Yuventus”un məşqlərinə qatıla biləcək. O, koronavirus səbəbindən bir neçə oyunda, o cümlədən “Barselona” ilə Çempionlar Liqasının matçında (0:2) meydana çıxa bilməyib.