FIDE reytinqi: Şəhriyar Məmmədyarov 1 pillə geriləyib

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 31 Oktyabr 2020, 14:37

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

 

İnterAz FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın 2 təmsilçisi yer alıb.

 

Şəhriyar Məmmədyarov 1 pillə geriləyərək 8-ci sıraya düşüb. Onun aktivində 2 770 xal var.

 

2 765 xalı olan Dünya Kubokunun qalibi Teymur Rəcəbov isə 10-cu yerdəki mövqeyini qoruyub.

 

Nicat Abbasov 2 668 xalla 3 pillə irəliləyərək, 72-ci sıraya yüksəlib. Qədir Hüseynov isə 2 665 xalla 2 pillə - 75-ci sıraya enib. 2 654 xalı olan Rauf Məmmədov isə 2 pillə geriləyərək 95-ci sırada qərarlaşıb.

 

Siyahıya yenə norveçli dünya çempionu Maqnus Karlsen 2 862 xalla başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana 2 823 xalla 2-ci, çinli Dinq Liren 2 791 xalla 3-cüdür.