Beş güləşçimiz Moskva Qran-prisinə yollanıb

Azərbaycan güləşçiləri noyabrın 7-də Rusiyada start götürəcək Moskva Qran-prisinə yollanıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 04 Noyabr 2020, 16:37

Azərbaycan güləşçiləri noyabrın 7-də Rusiyada start götürəcək Moskva Qran-prisinə yollanıb.

 

Federasiyadan İnterAz-a verilən məlumata görə, iki gün davam edəcək yarışa sərbəst güləşçilərdən ibarət yığmanın Dağıstanda olan üzvləri qatılıb.

 

İslam Bazarqanov (57 kq), Davud İbrahimov (65 kq), Osman Nurməhəmmədov (86 kq), Şamil Zubairov (97 kq) və İslam Abuyev (125 kq) böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında mübarizə aparacaqlar.

 

Yarışda beynəlxalq dərəcəli hakim Sədi Quliyev də ədaləti təmsil edəcək.

 

Qeyd edək ki, Qran-priyə sərbəst, yunan-Roma və çimərlik güləşi üzrə 9 ölkənin idmançıları qatılacaq.