Monteneqro Azərbaycanla oyun üçün heyətini açıqlayıb

UEFA Millətlər Liqasında Azərbaycanla qarşılaşacaq Monteneqro seçməsinin heyəti açıqlanıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 04 Noyabr 2020, 17:04

UEFA Millətlər Liqasında Azərbaycanla qarşılaşacaq Monteneqro seçməsinin heyəti açıqlanıb.

 

İnterAz xəbər verir ki, baş məşqçi Faruk Hacıbegiç 24 futbolçuya dəvət göndərib.

 

Qapıçılar: Daniel Petkoviç (“Anje”, Fransa), Milan Miyatoviç (MTK, Macarıstan), Miloş Draqoyeviç ("Buduçnost")

 

Müdafiəçilər: Stefan Saviç (“Atletiko” Madrid, İspaniya), Marko Simiç (“Liepaya”, Latviya), Jarko Tomaşeviç (“Astana”, Qazaxıstan), Adam Maruşiç (“Latsio”, İtaliya), İqor Vuyaçiç (“Partizan”, Serbiya), Momçilo Raspopoviç (“Riyeka”, Xorvatiya)

 

Yarımmüdafiəçilər: Nikola Vukçeviç (“Levante”, İspaniya), Vladimir Yovoviç (“Yablonets”, Çexiya), Aleksandar Şçekiç (“Partizan”, Serbiya), Marko Yankoviç (SPAL, İtaliya), Neboyşa Kosoviç (“Kayrat”, Qazaxıstan), Aleksandar Boljeviç (“Standard” Lyej, Belçika), Marko Bakiç ("Muskron", Belçika), Deni Hoçko (“Muskron”, Belçika), Sead Hakşabanoviç (“Norrçöpinq”, İsveç), Vukan Saviçeviç (“Samsunspor”, Türkiyə)

 

Hücumçular: Fatos Beçiray (“Visla” Krakov, Polşa), Stevan Yovetiç (“Monako”, Fransa), Stefan Muqoşa (“İnkon Yunayted”, Cənubi Koreya), Dino İslamoviç (“Rusenborq, Norveç).