Elxan Məmmədovun sədrliyi ilə UEFA-nın iclası keçirilib

UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin (Fair Play and Social Responsibility Committee) növbəti iclası keçirilib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 05 Noyabr 2020, 18:05

UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin (Fair Play and Social Responsibility Committee) növbəti iclası keçirilib.

 

İnterAz AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar videokonfrans formatında təşkil olunmuş toplantıda cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Xatırladaq ki, müvafiq komitənin sədri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovdur.