Ronaldo Portuqaliya yığmasının heyətində 100-cü qələbəsini qazanıb
...Oyunda qollardan birini K.Ronaldo vurub və millinin heyətində vurduğu qollarının sayını 102-yə çatdırıb
Bakı, Gülnarә Quliyeva, İnteraz - 12 Noyabr 2020, 09:15
Ötən gün Portuqaliya yığması ilə Andorra milli komandası arasında yoldaşlıq oyunu keçirilib. Oyun Portuqaliyanın 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İnterAz-ın məlumatına görə, Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldo milli komandanın heyətində 100-cü qələbəsini qazanıb.
Oyunda qollardan birini K.Ronaldo vurub və millinin heyətində vurduğu qollarının sayını 102-yə çatdırıb.