AVRO-2020: Qrupların tərkibi dəqiqləşib

Futbol üzrə Avropa çempionatında bütün qrupların tərkibi dəqiqləşib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 13 Noyabr 2020, 09:07

Futbol üzrə Avropa çempionatında bütün qrupların tərkibi dəqiqləşib.

 

İnterAz xəbər verir ki, bu, AVRO-2020-nin pley-off mərhələsində final oyunlarından sonra məlum olub. Son 4 vəsiqəyə Şimali Makedoniya, Şotlandiya, Slovakiya və Macarıstan sahib çıxıb. Onlar müvafiq olaraq, C, D, E və F qruplarına düşüblər.

 

A qrupu: Türkiyə, İtaliya, Uels, İsveçrə

 

B qrupu: Danimarka, Finlandiya, Belçika, Rusiya

 

C qrupu: Niderland, Ukrayna, Avstriya, Şimali Makedoniya

 

D qrupu: İngiltərə, Xorvatiya, Şotlandiya, Çexiya

 

E qrupu: İspaniya, İsveç, Polşa, Slovakiya

 

F qrupu: Macarıstan, Portuqaliya, Fransa, Almaniya

 

Qeyd edək ki, koronavirus pandemiyasına görə gələn ilə təxirə salınmış AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Çempionat oyunları 2021-ci il iyunun 11-dən iyulun 11-dək keçiriləcək.

 

Bakı Olimpiya Stadionunda A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyunu təşkil olunacaq.