"Milan"ın baş məşqçisi koronavirusa yoluxub

İtaliyanın "Milan" klubunun baş məşqçisi Stefano Piolidə koronavirus aşkarlanıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Noyabr 2020, 14:57

İtaliyanın "Milan" klubunun baş məşqçisi Stefano Piolidə koronavirus aşkarlanıb.

 

İnterAz klubun rəsmi saytına istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssisin test nəticəsi müsbət olub. Piolidə xəstəliyin simptomları aşkarlanmayıb.

 

Onun köməkçilərində və futbolçularda testin nəticəsi mənfi olub. Komandanın bu günə planlaşdırılan məşqi ləğv edilib. Futbolçular bazar ertəsi bir araya gələcəklər.