"Qarabağ" növbəti ev oyununu da Türkiyədə keçirəcək

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin IV turunda Türkiyə "Sivasspor"una qarşı keçirəcəyi ev matçının yeri müəyyənləşib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Noyabr 2020, 15:19

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin IV turunda Türkiyə "Sivasspor"una qarşı keçirəcəyi ev matçının yeri müəyyənləşib.

 

İnterAz UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 26-dakı qarşılaşma Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda təşkil ediləcək.

 

"Qarabağ" daha əvvəl "Sivasspor"la matçın Bakı keçirilməsi üçün Avropa futbol qurumuna müraciət etmişdi.

 

Ağdam təmsilçisi II turda İspaniya "Vilyarreal"ına eyni arenada 1:3 hesabı ilə uduzub. Ölkə çempionu hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.

 

Qeyd edək ki, "Qarabağ" - "Sivasspor" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.