Arda Turan koronavirusa yoluxub
Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Arda Turan koronavirusa yoluxub...
Bakı, Gülnarә Quliyeva, İnteraz - 17 Noyabr 2020, 13:19
Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Arda Turan koronavirusa yoluxub.
İnterAz xəbər verir ki, 33 yaşlı təcrübəli yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabından məlumat yayıb.
O, noyabrın 16-da test verdiyini və nəticənin müsbət olduğunu yazıb. Turan hazırda xəstəxanada təcrid edildiyini bildirib.
Qeyd edək ki, "Qalatasaray" klubu 3 futbolçusunun koronavirisa yoluxduğunu yazmışdı.