Azərbaycan Avropa olimpiya oyunları ilə bağlı hazırlıqlara başladı

Oyunlara Avropanın 48 ölkəsindən 5600 idmançı qatılacaq

Bakı, Tural Səftərov, Vüsal Nəbiyev, İnteraz - 28 Oktyabr 2013, 12:06

Azərbaycanda, keçiriləcək Birinci Avropa Olimpiya Oyunlarının hazırlıqları daxilində mətbuatı məlumatlandırma toplantısı təşkil edilib. İnterAz - ın məlumatına görə, Olimpiadaların koordinasiya komitəsi tərəfindən təşkil edilən tədbirdə, yarışmalara hazır olan və tamamlanma mərhələsindəki idman kompleksləri mətbuat mənsublarına göstərilib. Olimpiadaların koordinasiyasına məsul olan Karl Reader xəritə üzərində oyunların keçiriləcəyi yerlərlə əlaqədar məlumat verib. Reader, oyunlar üçün Bakının 3 bölgəyə ayrıldığını bildirib.

 

O, Birinci bölgədə atletika və gimnastika yarışmalarının keçiriləcəyi Olimpiya stadionu və Milli Gimnastika arenası olduğunu söyləyib. İkinci bölgədə Azadlıq Meydanı, Heydər Əliyev İdman Konsert Kompleksi, Dağ Velosiped Parkı BMX , Velopark Sərhədçi İdman Olimpiya Mərkəzi və Bakı Ekspo Center - in iştirak etdiyini ifadə edən Reader , üçüncü və son bölgədə isə Beynəlxalq Üzmə Mərkəzi, Çimərlik Voleybolu arenası, Basketbol arenası və Bakı Kristal Hall yerləşən Dövlət Bayraq Meydanı bölgəsi olduğunu bildirib.

 

Qeyd edək ki, oyunlara Avropanın 48 ölkəsindən 5600 idmançı qatılacaq. Ölkədəki , mövcud idman komplekslərinin modernizasiyası çərçivəsində yeni kompleks də son hazırlıq mərhələsini başa vurub. Bu çərçivədə inşası davam edən Bakı Olimpiya stadionu 68 min nəfərlik tutumuyla bölgənin ən böyük idman arenası olaraq diqqət çəkir.

 

Xatırladaq ki, Avropa Olimpiya Komitəsi ilk Avropa Oyunları üçün ötən il 12 dekabr tarixində Romada təşkil etdiyi yığıncaqda oyunların startının 2015-ci ildə Bakıda verilməsinə dair qərar verib.