Azərbaycan Şahmat Federasiyası Arkadi Naydiçlə vidalaşıb
Qrossmeyster Arkadi Naydiçlə Azərbaycan Şahmat Federasiyası (AŞF) arasında olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib...
Bakı, Gülnarә Quliyeva, İnteraz - 06 Yanvar 2021, 12:25
Qrossmeyster Arkadi Naydiçlə Azərbaycan Şahmat Federasiyası (AŞF) arasında olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
İnterAz xəbər verir ki, bu barədə AŞF-in mətbuat xidməti məlumat yayıb.
Federasiya beş il kişi şahmatçılardan ibarət milli komandada çıxış edən qrossmeysterə təşəkkür edib və gələcək karyerasında uğur arzulayıb.
Qeyd edək ki, Arkadi Naydiç 2017-ci ildə Azərbaycan yığmasının heyətində komandalar arasında Avropa çempionatında qızıl medal qazanıb.