Məsut Özil “Fənərbaxça” ilə 3,5 illik müqavilə bağlayacaq

Mövsümün sonunda “Arsenal”dan ayrılacaq Məsut Özil “Fənərbaxça” ilə anlaşıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 06 Yanvar 2021, 14:50

Mövsümün sonunda “Arsenal”dan ayrılacaq Məsut Özil “Fənərbaxça” ilə anlaşıb.

 

İnterAz xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

 

Bildirilir ki, Almaniya millisinin üzvü İstanbul klubu ilə 3,5 illik müqavilə imzalayıb. Müqaviləyə əsasən Özilin ilk 6 aylıq maaşını London təmsilçisi ödəyəcək. Özil müqavilə məbləği olaraq 2 milyon avro alacaq.

 

Onun “Fənərbaxça”da illik qazancı isə 5 milyon avro olacaq.