“Mançester Siti” derbidə qələbə ilə finala yüksəlib
İngiltərə Liqa kubokunda yarımfinal mərhələsi başa çatıb...
Bakı, Gülnarә Quliyeva, İnteraz - 07 Yanvar 2021, 10:42
İngiltərə Liqa kubokunda yarımfinal mərhələsi başa çatıb.
İnterAz-ın məlumatına görə, ikinci oyun günündə Mançester derbisi baş tutub.
“Mançester Yunayted” finala vəsiqə uğrunda qarşılaşmada “Mançester Siti”ni qəbul edib. Görüşün taleyi ikinci hissədə həll olunub. 2 qol vuran qonaqlar qalib gələrək finala yüksəlib.
Beləliklə, bir gün əvvəl “Brentford”u 2:0 hesabı ilə məğlub edən “Tottenhem”in finalda rəqibi bəlli olub. London təmsilçisi aprelin 25-də “Uembli”də keçiriləcək həlledici matçda “Mançester Siti” ilə görüşəcək.
İngiltərə Liqa kuboku
Yarımfinal
6 yanvar
“Mançester Yunayted” – “Mançester Siti” – 0:2
Stounz, 50, Fernandinyo, 83