Maska taxmaqdan imtina edən tennisçi 3 min dollar cərimələnib

ABŞ-dan olan tennisçi Kristian Harrison 3 min ABŞ dolları məbləğində cərimələnib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 12 Yanvar 2021, 15:56

ABŞ-dan olan tennisçi Kristian Harrison 3 min ABŞ dolları məbləğində cərimələnib.

 

İnterAz-ın "Reuters"ə istinadən məlumatına görə, buna idmançının qarşılaşmadan sonra qoruyucu tibbi maska ilə müsahibə verməkdən imtinası səbəb olub.

 

Harrison instagram səhifəsində yazıb ki, matçdan sonra istidə maska taxmaq təhlükəli olduğu üçün bu addımı atıb: "Buna görə cərimələnəcəyimi bilmirdim. Axşam isə mənə dedilər ki, bu, televiziya verilişləri üçün vacib prosedurdur. Ətrafımda heç kim yoxdursa, kamera qarşısında müsahibə üçün maska taxmağın təhlükəsizliklə heç bir əlaqəsi yoxdur. Bu qaydanı dəstəkləmirəm".