Rusiya klubu Azərbaycan millisinin futbolçuları ilə müqaviləni uzadıb
...Azərbaycan millisinin iki futbolçusu Rusiya karyerasını davam etdirəcək
Bakı, Nərgiz Qəhramanova, İnteraz - 13 Yanvar 2021, 12:00
Azərbaycan millisinin iki futbolçusu Rusiya karyerasını davam etdirəcək.
İnterAz-ın məlumatına görə, qadınlardan ibarət Rusiya Super Liqasında mübarizə aparan "Yenisey" Diana Məmmədova və Alina Dorofoyeva ilə olan müqavilələri uzadıb.
Diana daha bir il indiki klubunda çıxış edəcək. Annanın anlaşması isə 2 il müddətinə uzadılıb.
Qeyd edək ki, bir müddət öncə “Zenit” yığmamızın digər üzvü Jalə Məhsimova ilə olan müqaviləsini daha 1 il müddətinə uzadıb.