Yaponiya COVID-19 səbəbiylə Tokio Olimpiadasını ləğv etmək istəyir

Yaponiya hökuməti koronavirus pandemiyası səbəbiylə Tokio Yay Olimpiya Oyunlarının ləğv edilməsinə qərar verib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 22 Yanvar 2021, 14:18

Yaponiya hökuməti koronavirus pandemiyası səbəbiylə Tokio Yay Olimpiya Oyunlarının ləğv edilməsinə qərar verib. 

 

İnterAz-ın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə “The Times” yazır.

 

KİV-lərdə yer alan məlumatlara görə, hazırda ölkə rəhbərliyi Tokionun yenidən ev sahibliyi etmə ehtimalını qoruyaraq oyunların ləğv edildiyini elan etmək üçün yollar axtarır.

 

“Heç kim bunu  birinci elan edən olmaq istəmir, amma hamı bunun çox çətin olacağını qəbul edir. Dünümürəm ki, bu baş verəcək", vəziyyətlə yaxından tanış olan mənbə bildirib.