Kriştiano Ronaldo A seriyasında bütün komandalara qol vurub
İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştiano Ronaldo A seriyasının “Krotone” ilə oyununda dubla imza atıb...
Bakı, Nərgiz Qəhramanova, İnteraz - 23 Fevral 2021, 09:32
İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştiano Ronaldo A seriyasının “Krotone” ilə oyununda dubla imza atıb.
İnterAz-ın məlumatına görə, 3:0 hesablı qələbəyə töhfə verən portuqaliyalı hücumçu ilk dəfə bu rəqibin qapısına yol tapıb.
Bununla da Ronaldo hazırda A seriyasında oynayan bütün komandalara qol vurub. 38-ci dəqiqədə hesabı açan forvard ilk yarının uzatma dəqiqəsində fərqi artırıb.
Qeyd edək ki, Kriştiano cari mövsümün 19 matçında 18 qol vurub.