Əsrin ən çox çempion olan komandaları açıqlanıb

...siyahının ilk pilləsində Moldova "Şerif"i qərarlaşıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 23 Fevral 2021, 14:15

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) XXI əsrdə yerli liqada ən çox çempion olan komandanın adını açıqlayıb.

 

İnterAz xəbər verir ki, siyahının ilk pilləsində Moldova "Şerif"i qərarlaşıb. Tiraspol təmsilçisi XXI əsrdə daxili çempionatda 18 dəfə qızıl medal əldə edib.

 

Cəbəllütariqin "Linkoln Red", Hondurasın "Olimpiya" və Nikaraquanın "Real Esteli" klubu 17 dəfə ölkə çempionu adını qazanıb.

 

İlk "5-liy"i 16 qızıl medalla Yunanıstan "Olimpiakos"u qapayır. "Top-5" liqalarda yalnız Almaniya "Bavariya"sı "15-liy"ə düşüb. Münhen təmsilçisi XXI əsrdə 14 dəfə Bundesliqanı qazanıb və bu göstəriciyə görə 9-13-cü yerləri bölüşdürür.

 

Qeyd edək ki, araşdırma əsrin 10 və daha çox sayda çempion olan komandalarını əhatə edib. "Qarabağ" XXI əsrdə cəmi 7 dəfə qızıl medal qazanıb. Bu, 2014-cü ildən etibarən son 7 mövsümü əhatə edib.