Şəhriyar Məmmədyarov tarixi “13-lük”də yer alıb

...13 nəfərlik siyahıda Azərbaycanın 2 şahmatçısı yer alıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 03 Aprel 2021, 14:25

Beynəlxalq Şahmat Federasiyası (FIDE) indiyədək 2800 reytinq xalını keçən qrossmeysterlərin adlarını açıqlayıb.

 

İnterAz-ın məlumatına görə, 13 nəfərlik siyahıda Azərbaycanın 2 şahmatçısı yer alıb.

 

Bunlardan birinin dünya çempionu Harri Kasparov (2 851), digərinin isə Şəhriyar Məmmədyarov (2820) olduğu bildirilib. İlk dəfə belə səviyyəyə 1990-cı ildə Kasparov çatıb. O, 1999-cu ildə isə 2851 xal toplayaraq, zirvəyə qalxıb. Kasparovun rekordunu yalnız Maqnus Karlsen yeniləyə bilib. Norveçli dünya çempionu 2014-cü ildə reytinq xalını 2 882-yə çatdırıb. O, həmçisinin18 yaşında 2 800 reytinq həddinə çatan ən gənc oyunçu kimi tarixə düşüb.

 

Bu şahmatçılardan yalnız 5-nin Karlsen, Fabiano Karuana, Uesli So (hər ikisi ABŞ), Maksim Vaşye-Laqrav (Fransa) və Dinq Lirenin (Çin) yaşı hazırda 30 və daha azdır.

 

Bundan başqa, 13 nəfərdən 5-i - Karlsen, Kasparov, Vişvanatan Anad (Hindistan), Vladimir Kramnik (Rusiya) və Veselin Toplaov (Bolqarıstan) dünya çempionluğnu qazanıb.

 

Bununla bağlı sosial şəbəkə hesabında paylaşım edən Şəhriyar Məmmədov "Tarixin bir hissəsi olmaq özəldir!" yazıb.

 

sss