“Gücün çatmayan yükün altına girmə” - belə yerdə deyirlər

Ştanqa gücü çatmayan idmançı, ölümün caynağından son anda qurtarır

Bakı A. Bayramova, Xəyal Şükür, İnteraz - 27 Fevral 2015, 12:51

İdmanla məşğul olarkən, ehtiyatı əldən verməmək olduqca mühüm məsələdir. Belə bir ehtiyatlılığa xüsusi ilə ağır atletika və trenajorla məşğul olan şəxslər daha çox ciddi yanaşmalıdırlar.

 

Sizə təqdim edəcəyimiz videonun qəhrəmanı da az qala ehtiyatsızlığın qurbanı olacaqdı. Belə ki, kənardan kamera vasitəsilə özünü lentə alan idmançı, yanında heç kimin köməyi olmadan ağır çəkili ştanqı qaldırmağa çalışır. Lakin ştanqa gücü çatmayan idmançı, ölümün caynağından son anda qurtarır. İnterAz olaraq sözügedən videonun görüntülərini sizlərə təqdim edirik.