“Barselona”nın hücumçusu AVRO-2020-ni buraxacaq

“Barselona”nın hücumçusu Ansu Fati yenidən əməliyyat olunub...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 04 May 2021, 10:50

“Barselona”nın hücumçusu Ansu Fati yenidən əməliyyat olunub.

 

İnterAz-ın məlumatına görə, 18 yaşlı forvardın sağalma prosesi bir qədər də yubanacaq.

 

Gənc futbolçunun iyulda məşqləri bərpa etməsi gözlənilir. Yəni Fati yalnız növbəti mövsümə hazırlaşacaq. Bu isə o deməkdir ki, İspaniya millisinin üzvü AVRO-2020-yə aparılmayacaq.

 

Qeyd edək ki, Ansu Fati ilk əməliyyatını ötən ilin noyabrında keçirib. O, həmin vaxtdan yaşıl meydanlardan uzaqdır.

sss