İtaliya A seriyasını tərk edəcək ikinci klub məlum olub

Bu mövsüm A seriyasını tərk edəcək ikinci klub müəyyənləşib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 04 May 2021, 12:02

Bu mövsüm A seriyasını tərk edəcək ikinci klub müəyyənləşib.

 

İnterAz xəbər verir ki, bu, "Parma"dır. Komandanın 34-cü turda "Torino"ya 0:1 hesablı məğlubiyyətindən sonra elitanı tərk edəcəyi dəqiqləşib. Belə ki, turnirin bitməsinə 4 tur qalmış "Parma" 17-ci pillədə qərarlaşan "Kalyari" ilə xal fərqini 12-ə çatdırıb. Komanda şəxsi görüşlərin nəticələrində "Kalyari"yə uduzduğu üçün son turlarda qələbə qazansa belə, A seriyasında qala bilməyəcək.

 

Qeyd edək ki, bundan əvvəl "Krotone"nin elitanı tərk edəcəyi dəqiqləşib.

sss