AVRO-2020-də komandaların sifariş edə biləcəyi futbolçuların sayı artırılıb

...bu barədə UEFA İcraiyyə Komitəsi qərar qəbul edib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 04 May 2021, 13:43

AVRO-2020-də iştirak edəcək milli komandaların heyətindəki futbolçuların sayı artırılıb.

 

İnterAz-ın məlumatına görə, bu barədə UEFA İcraiyyə Komitəsi qərar qəbul edib.

 

Qərara əsasən, qitə birinciliyinə qatılacaq 24 yığmanın hər biri turnir üçün 23 yox, 26 oyunçu sifariş edə biləcək.

 

Qeyd edək ki, AVRO-2020 11 iyun – 11 iyul tarixlərində Bakı da daxil olmaqla, Avropanın 11 şəhərində keçiriləcək.

sss