"Real"ın hücumçusunun zədəsi sağalıb

"Real"ın futbolçusu Qaret Beyl zədəsini sağaldıb.

Bakı, Səbuhi Vaqifoğlu, , İnteraz - 28 Fevral 2015, 16:49

"Real"ın futbolçusu Qaret Beyl zədəsini sağaldıb.

 

İnterAz-ın qol.az-a istinadən verdiyi məlumata görə, uelsli yarımmüdafiəçi artıq komanda ilə ümumi məşqlərə başlayıb. Onun İspaniya La Liqasının 25-ci turunda keçiriləcək "Vilyareal"la matçda oynayacağı bildirilib.

 

Qeyd edək ki, Q.Beyl "Elçe"yə qarşı oyunda zədələnmişdi.

 

Əlavə edək ki, "Real" - "Vilyareal" görüşü sabah keçiriləcək.