Azərbaycanlı idmançı erməni rəqibini məğlub etdi - Foto

Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən boks üzrə ənənəvi “Strandja” turniri Gəncə boksçusu Elvin İsayev üçün uğurlu olub.

Bakı, Səbuhi Vaqifoğlu, , İnteraz - 02 Mart 2015, 14:35

Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən boks üzrə ənənəvi “Strandja” turniri Gəncə boksçusu Elvin İsayev üçün uğurlu olub. 34 ölkənin 240 idmançısı arasında daha inamla yarışan “Təhsil” Respublika İdman Mərkəzi Gəncə filialının yetirməsi fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq, turnirin qızıl medalını əldə edib.

 

İnterAz xəbər verir ki, Respublikanın Əməkdar Məşqçisi Şahbaz Məmmədov AZƏRTAC-a bildirib ki, turnir çox gərgin və maraqlı idman mübarizəsi şəraitində keçdi. Elvin həlledici döyüşdə ermənistanlı boksçu Samvel Barseqyana böyük üstünlüklə qalib gələrək Azərbaycanın bayrağını yüksəltməklə, dövlət himnimizi səsləndirdi.

 

Qeyd edək ki, fevralın 24-28-də keçirilən boks üzrə ənənəvi “Strandja” turnirində azərbaycanlı boksçular 2 qızıl və 1 gümüş medala sahib olub.